22:32 - Bill Qeyts peyvənd olundu
21:52 - Naxçıvan dəhlizi: uğurlar və perspektivlər
21:13 - "Qalatasaray" yeni transferini açıqladı
20:01 - Azərbaycan dünyada ilk dəfə tətbiq edilən yeni texnologiya əsasında sürtkü yağları istehsal edir
19:35 - Şərur rayonunda reydlər davam etdirilir
19:01 - Maliyyə Nazirliyindən hərbçilərin maaşının azaldılması ilə bağlı açıqlama
18:32 - Azərbaycanda 632 nəfər COVID-19-dan sağalıb, 280 nəfər yoluxub, 11 nəfər vəfat edib
18:31 - Naxçıvanlı rəssamlar rəsm əsərlərini muzeylərə hədiyyə ediblər
18:17 - Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə telefonla danışıb
18:13 - Ermənistan Qarabağda döyüşən muzdluların pulunu ödəyə bilmir
18:00 - "Sumqayıt" "Keşlə"ni məğlub etdi
17:51 - Ermənistan AES-in fəaliyyəti bir müddətə dayandırılacaq
17:30 - Naxçıvanda gənc müəllimlər ümumtəhsil məktəblərində işlə təmin olunub-FOTO
17:25 - Naxçıvan Dövlət Universitetində “Xarıbülbül” kuboku uğrunda intellektual bilik yarışması keçirilib
17:17 - Türkiyə MN Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər barədə məlumat yayıb
Hande Harmancıdan vaksinlərlə bağlı açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yalnız təhlükəsizliyi və effektivliyi sübut olunan peyvəndləri təsdiq edir, vaksinlərin prekvalifikasiya proseduru keyfiyyət, təhlükəsizlik, effektivlik və istehsalın keyfiyyəti üçün möhürdür. Buna baxmayaraq, ölkələrdəki yerli qurumların peyvəndləri qiymətləndirmək və onlarla bağlı qərar qəbul etmək səlahiyyəti və yurisdiksiyası var.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu ÜST-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, ÜST təcili istifadəyə dair lisenziyalaşdırma meyarlarını müəyyən edib:
"Biz istehsalçıların müraciətlərini qəbul etməyə hazırıq. İndiyə qədər ən azı on şirkət bizə müraciət edib və ya ilkin sənədlərini təqdim edib. Göndərilən məlumatlar yalnız 3-cü mərhələ klinik sınaq nəticələri hazır olduqda təcili istifadə lisenziyası üçün nəzərə alınacaq".
H.Harmançı əlavə edib ki, hazırda 230-dan çox peyvənd inkişaf mərhələsindədir. Bunlardan ən azı 60 namizəd peyvənd insan üzərində sınaqdan keçirilir. Təxminən 16 namizəd peyvənd 3-cü sınaq mərhələsindədir:
"Ümumdünya Səhiyyə Təşkilatı 31 dekabr tarixində Pfizer/BioNTech peyvəndini təcili istifadə üçün təsdiq etdi, 5 yanvar tarixində SAGE (ÜST-nin İmmunlaşdırma üzrə Mütəxəssislərdən ibarət Strateji Məsləhət Qrupu) peyvəndlə bağlı məlumatları nəzərdən keçirdi və ondan ən yaxşı şəkildə necə istifadə edilməsinə dair tövsiyələrini hazırladı. Hazırda iki peyvəndin sənədlərini nəzərdən keçiririk: Moderna və AstraZeneca peyvəndləri. Yerli tənzimləyici qurumlarla yanaşı, Avropa İttifaqının (Aİ) Dərmanlara Nəzarət Agentliyi ilə yaxından əməkdaşlıq edirik".