SON DƏQİQƏ

naxcivanxeberleri.com

Koronavirusun beyin damarlarına təsiri məlum olub

Koronavirusun beyin damarlarına təsiri məlum olub
31-12-2020, 09:00

ABŞ-dan olan neyrofizyoloqlar hesab edir ki, yeni növ koronavirus infeksiyası tez-tez beyin toxumasına nüfuz etmir. Lakin damarların divarlarının zəifləməsinə səbəb olur ki, bu da öz növbəsində qanaxma və insultla nəticələnir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) mətbuat xidməti məlumat yayıb.

“SARS-CoV-2-yə yoluxmuş xəstələrin beynindəki kiçik qan damarlarının COVID-19 inkişaf etdikcə tez-tez zədələndiyini müşahidə etdik. Müşahidələrimiz bunun virusun xəstənin bədəninə nüfuz etməsi nəticəsində yaranan iltihablı reaksiyalarla əlaqəli olduğunu göstərir” - aparıcı mütəxəssis Avindra Nat deyib.

Nat və həmkarları, bu ilin mart-iyul ayları arasında koronavirus infeksiyası ilə mübarizədə məğlub olan bir neçə xəstədə beynin qan dövranı sisteminin vəziyyətinin necə dəyişdiyini ətraflı araşdırıblar.

Elm adamlarının qeyd etdiyi kimi, bütün bu xəstələr, çox sürətli və qəfildən və ya SARS-CoV-2-nin ağ ciyərlərə nüfuz etməsi ilə əlaqəli olmayan səbəblərdən dünyasını dəyişiblər. İlkin təhlillər, ölümlərin beyin zədələnməsi ilə əlaqəli olduğunu göstərib. Lakin beyin zədələnməsinin hansı səbəbdən meydana gəlməsi sirr olaraq qalırmış:

“Başlanğıcda infeksiya və xroniki oksigen çatışmazlığından qaynaqlanan zərər izlərini görəcəyimizi gözləyirdik. Bunun əvəzinə, sinir toxumasında ümumiyyətlə insult və ya beyin iltihabı nəticəsində yaranan çox kiçik zədə gördük. Virusun hissəcikləri nə xəstələrin beynində, nə də damarlarında tapılmayıb. Məlum olub ki, immunitet sistemi virusa qarşı həddindən artıq yüksək müqavimət göstərir və qan damarlarının sağlam hüceyrələrinə hücum edərək onu zədələyir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930