SON DƏQİQƏ

naxcivanxeberleri.com

Baş ağrısının təbii vasitələrlə müalicəsi - ƏTRAFLI

Baş ağrısının təbii vasitələrlə müalicəsi - ƏTRAFLI
14-12-2018, 22:58

Baş ağrısı ən yayılmış sağlamlıq problemlərindən biridir. Baş ağrısının səbəbləri olduqca çoxdur - adi gərginlikdən insult və beyin xərçənginə qədər.

Əksər hallarda baş ağrısının səbəbi yorğunluq və gərginlik olur. Belə vəziyyətdə xalq təbabəti vasitələri çox yaxşı kömək edir. Naxcivanxeberleri.com sizə baş ağrısını azaldan ən effektli 5 çay reseptini təqdim edir:
- Adi qara çay

Qara çay baş ağrısını azaldan ən tanınmış vasitələrdən biridir.

- Çobanyastığı çayı

Bu çay çox yaxşı sakitləşdirir, rahatlaşdırır və həmçinin iltihabı azaldır.

1 ç.q. otu 1 fincan isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için.

- Darçınlı çay

Darçın spazmı ardan qaldırır, sakitləşdirir.

1 fincan isti suya yarım qəhvə qaşığı darçın əlavə edin, qarışdırın və için. Çaya bal da əlavə edə bilərsiniz.

- Zəncəfilli çay

Bu çay spazmları azaldır, iltihabəleyhinə təsirə malikdir. Zəncəfilli çay tək adi baş ağrısı deyil, miqren zamanı da effektlidir.

Baş barmaq boyda zəncəfil kökükün tikəsini götürüb təmizləyin, sürtgəcdən keçirin, 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və için. Dadını yaxşılaşdırmaq üçün çaya bal və limon əlavə edə bilərsiniz.

- Nanəli çay

Çox dadlı və faydalı çaydır. Baş ağrısı, ürəkbulanması, mədə ağrısını aradan qaldırır.

1 ç.q. quru nanəni 1 fincan isti suda dəmləyin, süzün və için.

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30