SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvanda şagirdlər arasında Diaskintest sınaqları davam edir

Naxçıvanda şagirdlər arasında Diaskintest sınaqları davam edir
5-12-2020, 10:41

Мuxtar respublikanın şəhər və rayonlarında yerləşən məktəblərdə təhsil alan şagirdlər arasında vərəmin erkən aşkar olunması məqsədilə  I-VI  sinif şagirdlərində kütləvi Tuberkulin test sınaqları  аparılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə rayon xəstəxanaları və “Əziz Əliyev adına Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsi,  həmçinin gigiyena və epidemiologiya şöbələri  tərəfindən xidmət ərazilərində tuberkulin testlərinə cəlb ediləcək şagirdlərin  siyahıları tərtib olunub. Ərazi prinsipi üzrə 1 həkim və 2 tibb işçisindən ibarət xüsusi briqada yaradılıb. Zəruri hallarda tibb işçilərinin sayı 6 nəfərə  çatdırılır. Sınaq materialının bölgüsünə və tədbirin yüksək səviyyədə həyata keçirilməsinə ciddi nəzarət edilir.

Kütləvi Tuberkulin test sınaqlarına  Kəngərli rayonunun  xəstəlik halları müşahidə olunan  tam orta məktəblərindən start verilib.  Qıvraq qəsəbə, Şahtaxtı, Qarabağlar kəndlərində 1279 şagirdə Diaskin test sınaqları qoyulub. 72 saat sonra  sınağın nəticələri qiymətləndirilib və bu məktəblərdə vərəmə görə  epidemioloji situasiyanın qənaətbəxş olduğu aşkarlanıb. Belə ki, müayinə olunan uşaqlarda vərəmə yoluxmanın aktiv fazası qeydə alınmayıb.

Tuberkulin testlərinin nəticələri qiymətləndirilərək şübhəli və müsbət reaksiyalı şagirdlərin “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri”publik hüquqi şəxsində dərin ftiziatr müayinəsinə, lazım gələrsə, müalicəsinə  kimyəvi profilaktikaya  cəlb olunmaları üçün zəruri tədbirlər həyata keçirilib.

I-VI  sinif şagirdlərində kütləvi Tuberkulin test sınaqları  Şahbuz  rayonundakı Kənd Şahbuzda, Naxçıvan şəhərinindəki Tumbul kəndində, Culfa rayonundakı Göydərə kəndində, Babək rayonunun Nehrəm, Cəhri qəsəbə, Şıxmahmud kəndlərində davam etdiriləcək və dekabrın 21-də başa çatacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031