SON DƏQİQƏ

naxcivanxeberleri.com

COVID-19 ilə bağlı PZR testinin nəticəsini 5 dəqiqəyə almaq olacaq

COVID-19 ilə bağlı PZR testinin nəticəsini 5 dəqiqəyə almaq olacaq
30-11-2020, 12:51

Sinqapurlu alimlər beş dəqiqə ərzində koronavirus ilə bağlı PZR testinin nəticələrini əldə etməyə imkan verən portativ cihaz təqdim ediblər.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə cihazı hazırlayan “Cell ID” şirkətinin baş texniki direktoru Hander Sim videokonfrans zamanı bildirib.

Onun sözlərinə görə, ağız-burun boşluğundan götürülən yaxma az miqdarda xüsusi məhlulla qarışdırılır və bu, virusu aşkar etmək üçün kifayət qədər genetik material təmin edir. “Bundan sonra bütün bunlar ölçüləri bank kartı ilə müqayisə edilə bilən yeni cihazın kiçik bir hissəsinə yerləşdirilir. Ardından cihaz USB portu vasitəsi ilə kompüterə bağlanır və xüsusi tətbiq ilə materialın tədqiqi həyata keçirilir. Nəticə beş dəqiqə ərzində əldə olunur”, - H.Sim deyib.

Şirkət nümayəndəsi qeyd edib ki, cihazdan, demək olar, hər addımbaşı koronavirus testlərinin aparıldığı hava limanlarında istifadə edilə bilər.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031