15:00 - Naxçıvan Bölməsinin Elmi Kitabxanasında yeni virtual sərgi təşkil olunub
14:43 - Sabaha olan hava proqnozu
14:30 - Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
14:23 - Füzulinin Qarğabazar kəndindən görüntülər
14:22 - Sentyabrın 15-dən indiyədək 14 758 şagird, 7 090 müəllim COVID-19-a yoluxub
14:13 - Ermənistan tərəfdən Qarabağda döyüşlərə cəlb edilən daha iki terrorçu barədə cinayət işi başlandı
14:05 - Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
14:00 - “R-Pharm"ın COVID-19-a qarşı mübarizə üzrə qlobal proqramı
13:51 - ABŞ-a təyyarə ilə gələnlər üçün karantin tətbiq olunub
13:41 - Rusiyada pandemiya qurbanlarının sayı 68 412-yə çatıb
13:30 - Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı
13:21 - Səfirlik ABŞ-dakı azərbaycanlılara müraciət etdi
13:12 - Azərbaycan ötən il Gürcüstanın neft bitumuna olan tələbatının 64%-ni ödəyib
13:00 - Azərbaycanda qızıl hasilatçısı Qarabağda qiymətləndirmə işləri aparacaq
12:58 - Məktəblərdə Fiziki tərbiyə dərslərinin əyani tədrisi dayandırılacaq
İndiyədək Azərbaycanda 238 xəstəyə immun plazma köçürülüb
"Hazırda süni tənəffüs cihazına bağlı və vəziyyəti kritik olan xeyli xəstə var. Onların sağalması üçün immun plazma müalicəsi lazımdır. COVID-19 xəstəliyini keçirərək sağalanlarda anticisimlər formalaşır. Anticisimlər həmin xəstələrin heç də hamısında formalaşmır".
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Qan Bankının müdiri, TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib.
Onun sözlərinə görə, anticisimlər olan xəstələrdən immun plazma toplanılaraq ağır xəstələrə köçürülür: "18 yaşdan 60 yaşadək hər kəsin xəstəliyi keçirəndən 14 gün sonra donor olması mümkündür, qadınlardan hamiləlik keçirməyənlər donor ola bilər. İndiyə qədər ölkəmizdə 180-ə yaxın vətəndaş donor olmaq üçün müraciət edib, onların 100 nəfərindən immun plazma toplanılaraq 238 xəstəyə köçürülüb".
Q. Ələkbərova qeyd edib ki, proses tamamilə ağrısız və təhlükəsizdir, immun plazma qapalı və steril şəraitdə toplanılır: "Həmin müalicə üsulunun səmərəsi pandemiyanın birinci dalğası zamanı sübut olunub. Virusun yoluxma dinamikasına fikir verəndə görürük ki, infeksiyadan minlərlə sağalan var, amma nədənsə onlar bəzən bunu gizlədirlər. Mütəxəssislər deyirlər ki, sağalanlar tərəddüd etmədən digər xəstələrin xilaskarı ola bilərlər".