SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına tibbi avadanlıqlar verilib

Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına tibbi avadanlıqlar verilib
27-11-2020, 23:31

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən muxtar respublikanın səhiyyə sistemi üçün alınmış müasir tibbi avadanlıqların bir hissəsi Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilib.                                  

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov qeyd edib ki, muxtar respublikanın bütün bölgələrində yeni tibb müəssisələrinin istifadəyə verilməsi, onların ən müasir tibbi avadanlıqlarla təmin olunması imkan verir ki, pasiyentlərin müalicəsi və müayinəsi vaxtında və keyfiyyətlə aparılsın. Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilən müasir tibbi avadanlıqlar da hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin vaxtında və keyfiyyətlə aparılması üçün mühüm rola malikdir.

 Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev yeni avadanlıqların təqdim olunmasına, yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq edib.

Sonra yeni avadanlıqlara baxış olub. 1 ədəd stomatoloji kreslo, 1 ədəd elektrosorucu, 2 ədəd ambu, 2 ədəd çarpayıbaşı kardiomonitor, 3 ədəd funksional çarpayı, 1 ədəd süni tənəffüs aparatı, 2 ədəd oksigen konsentratoru, 2 ədəd infuziya pompası, 2 ədəd injeksiya pompası, 4 ədəd tibbi ştativ, 4 ədəd orta ölçüdə biks, 1 ədəd quru hava sterilizatoru, 1 ədəd hemometr sali, 1 ədəd pançenkov aparatı, 1 ədəd inqalyator, 1 ədəd UVC, 1 ədəd UZT, 1 ədəd parafin qazanı, 4 ədəd şüşə masa, 2 ədəd dəmir masa, 2 ədəd plastik masa, 1 ədəd dəmir şkaf Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına təqdim edilib.

Qeyd edək ki, ağciyərin və ürəyin fəaliyyətinin bərpasında, tənəffüs funksiyası pisləşən hallarda ağciyərlərə oksigen verilməsində, fizioterapevtik və tənəffüs yolları xəstəliklərində, böyrəklərin fəaliyyətinin bərpa olunmasında və digər xəstəliklərdə istifadə olunacaq yeni avadanlıqlar bu sahədə tətbiq olunan ən müasir texnologiyaya əsaslanır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031