SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada risk qrupuna daxil olan şəxslərə qrip əleyhinə peyvəndin vurulması davam etdirilir

Muxtar respubilkada risk qrupuna daxil olan şəxslərə qrip əleyhinə peyvəndin vurulması davam etdirilir
25-11-2020, 20:24

2020-2021-ci illərin payız-qış mövsümü ilə əlaqədar muxtar respublikada əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Səhiyyə Nazirliyi tərəfindən hamilələr, xroniki xəstələr, tibb işçiləri, uşaq və yeniyetmə müəssisələrində çalışan şəxslərə qrip peyvəndinin vurulması məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyaya tibb müəssisələrinin baş həkimləri də daxil edilib, onlara müvafiq tapşırıq və tövsiyələr verilib.

Hazırda risk qrupuna aid şəxslərə qrip əleyhinə peyvənd vurulması davam etdirilir. İlkin mərhələdə tibb və Naxçıvan şəhər uşaq bağçalarının işçilərinə qrip əleyhinə peyvənd edilib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru, risk qrupuna daxil olan şəxslərə qrip peyvəndinin vurulmasının icrası məqsədilə yaradılmış komissiyanın sədri Zeynəb Mustafayeva vaksinasiya prosesinin bütün dünyada həyata keçirildiyi, risk qruplarının mütləq peyvənd edilmələrinin vacibliyini bildirib.
Qrip peyvəndinin vurulması noyabr ayının sonunadək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşsi
NEKROLOQ

«    Ocak 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031