12:22 - Azərbaycan və Türkmənistan prezidentləri videokonfrans formatında görüşüb
12:11 - Azərbaycanda ali təhsil müəssisələrinin işçilərinin attestasiyası keçiriləcək
12:00 - DİN saxta profillərlə bağlı xəbərdarlıq etdi
11:45 - Türkiyə şirkətləri azad edilmiş ərazilərin bərpasına dəstək üçün Azərbaycana gəlib
11:30 - Regionda yolların açılması Yerevanın xeyrinə olacaq - Ermənistan baş nazirinin müavini
11:19 - Xınalıq yolu buz bağladı
11:11 - Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması ilə bağlı iclas keçiriləcək
11:00 - Azərbaycan neftinin qiyməti 57 dollara yaxınlaşıb
10:30 - Azərbaycanda propilen və polietilen istehsalı ötən il artıb
10:21 - Bu gündən şagirdlərin məktəbdaxili qiymətləndirilməsinə başlanılıb
10:10 - Qanunsuz ov edən və ov məhsullarını satan şəxslər cəzalandırılıb
10:00 - Keçən il Azərbaycanda bu xəstəliklər qeydə alınmayıb
09:48 - Ötən il Azərbaycanda 3 500 kq-dən çox qızıl istehsal edilib
09:41 - Bakıya ilk qar yağdı
09:30 - Yanvarın 21-də xarici valyutaların manata qarşı məzənnələri
COVİD-19-a yoluxmuş bütün xəstələr həkim nəzarəti altında müalicə olunmalıdır - TƏBİB
Xəstəliyi yüngül və ya ağır keçirməsindən asılı olmayaraq, COVİD-19-a yoluxmuş bütün şəxslər həkim nəzarəti altında müalicə olunmalıdırlar.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki. bunu TƏBİB-in İnfeksiya xəstəlikləri üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.
Onun sözlərinə görə, hər bir insan ilk günlərdə yüngül formada keçən xəstəliyin sonradan ağırlaşa biləcəyini bilməlidir.
V.Əliyev əlavə edib ki, test nəticəsi pozitiv çıxan xəstənin ilk gündən xəstəxanada yerləşdirilməsi üçün tibbi göstəriş yoxdur:
“Ehtiyac olarsa, sahə həkimi evdə müalicə olunan xəstəni stasionar müalicə üçün xəstəxanaya yönləndirə bilər. Ancaq harada olmasından asılı olmayaraq, hər bir halda xəstə həkim nəzarətində müalicə olunmalıdır. Biz düşünməməliyik ki, xəstəlik ilk günlərdə yüngül formada keçirsə, o, sonadək yüngül formada qalacaq. Buna görə evdə müalicə olunan xəstələrin gündəlik olaraq, hərarəti ölçülməli, ağciyərinin fəaliyyəti izlənilməlidir. Ağciyərin oksigeni nə dərəcədə qəbul edib-etmədiyi həkim tərəfindən müəyyən olunmalı, xəstənin vəziyyətindən asılı olaraq, onun müalicəsinin növbəti mərhələsi ilə bağlı qərar qəbul edilməlidir".