SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən açıqlama

Azərbaycan koronavirusla bağlı tam qapanmaya gedə bilərmi? - ÜST-dən açıqlama
16-11-2020, 10:19

Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və ölkə üzrə tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı Azərbaycanda lokal deyil, ölkə üzrə qapanmanın tətbiqinə ehtiyacın olub-olmaması barədə sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir:

"Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930