SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb

Azərbaycanda qripə qarşı vaksinasiya prosesi başlayıb
5-11-2020, 21:55

Hazırda dünyada və ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq epidemik vəziyyəti gərginləşdirməkdədir. Eyni zamanda payız və qış fəsillərində mövsümi qrip və digər etiologiyalı kəskin tənəffüs yolları infeksiyalarının sayının artması müşahidə edilir. Koronavirus (COVID-19) infeksiyası ilə yanaşı, sözügedən xəstəliklərin də mövcudluğu epidemik vəziyyətin gərginləşməsinə səbəb ola bilər. Risk ehtimalını nəzərə alaraq,mövsümi qripə qarşı peyvəndin aparılması zəruridir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ölkədə ilk dəfə olaraq TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə ölkəmizdə peyvənd olunacaq risk qruplarını müəyyənləşdirib və vaksinasiya prosesi başlayıb. Qripə qarşı peyvənd respublikanın bütün şəhər və rayonlarında tibb işçiləri (həkimlər, orta tibb personalı), hamilələr, 6 aydan başlayaraq uşaqlar, xroniki tənəffüs sistemi xəstəlikləri olan əhali qrupları arasında könüllü aparılır.

Bu gün Ə.D. Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı, və qurumun işçilərinin bir qismi qripə qarşı peyvənd olunub.

Ölkəmizə gətirilən qripə qarşı vaksinasiya Niderland Krallığında istehsal olunmuş İnfluVak Tetra peyvəndi, dördvalentli, inaktivasiya olunmuş peyvənddir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənmiş və 2020-2021-ci il mövsümünə aid qrip peyvəndinə qoyulmuş tələblərə uyğundur. Peyvənd tək nəfərlik doza şəklində şprisə yığılmış haldadır. Vaksin mütləq olaraq tibb müəssisəsində və tibb işçisi tərəfindən vurulmalıdır.

Vaksinasiya ölkə üzrə tələblərə cavab verən xüsusi ayrılmış tibb müəssisələrində 2020-ci il 12 oktyabrdan başlayıb. Proses bir ay müddətində həyata keçiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31