SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropada koronavirusun ən yüksək yayılma tempi qeydə alınır

Avropada koronavirusun ən yüksək yayılma tempi qeydə alınır
28-10-2020, 17:30

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) çərşənbə günü yayımladığı statistikaya əsasən, Avropa koronavirus infeksiyasının yayılma tempi baxımından dünyada birinci yerə çıxıb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, son bir həftə ərzində bölgədə 1,33 milyondan çox yeni yoluxma hadisəsi aşkarlanıb. Eyni dövrdə Şimali və Cənubi Amerika ölkələrində 884 min, Cənub-Şərqi Asiyada isə 445 min yoluxma qeydə alınıb.

Avropa ölkələri arasında ən yüksək yoluxma göstəriciləri Fransa, İspaniya, Böyük Britaniya və İtaliyada müşahidə olunur. Virusun yazda yayılması ilə müqayisədə bu dəfə Çexiya və Polşada epidemioloji vəziyyət daha ağırdır, yoluxma sürəti iki dəfə artıb.

Eyni zamanda Qərbi Avropa dövlətləri hələ ki koronavirus səbəbi ilə ölüm səviyyəsinin artmasının qarşısını ala bilir, yazdakı maksimumlardan xeyli aşağı göstəricilər qeydə alınır. Şərqi Avropa ölkələrində isə əksinə, vəziyyət qat-qat psidir, yoluxma bir neçə dəfə artıb.

Şərqi Avropada xəstələnmədəki artımla yanaşı, ölüm hallarında da kəskin artım müşahidə olunur. Məsələn, Çexiyada apreldə hər gün orta hesabla 18 ölüm qeydə alınırdısa, oktyabrda bu rəqəm 180-ə yüksəlib. Polşada ölüm nisbəti 4,5 dəfə, Rumıniya və Bolqarıstanda üç dəfədən çox artıb.

Qərbi Avropa ölkələrində bu günə qədər ən çox ölüm faktı Britaniyada (45,3 mindən çox, dünyada 5-ci yer), İtaliyada (37,7 min, 6-cı yer), Fransada (35,5 mindən çox, 7-ci yer) və İspaniyada (təxminən 35,3 min, 8-ci yer) qeydə alınıb.

Bir milyon əhaliyə düşən ölüm halları baxımından Avropa ölkələri arasında lider Belçikadır – 951 nəfər. İspaniya (755), İngiltərə (667), İtaliya (624), İsveç (585) və Fransada (544) bu baxımdan göstərici yüksəkdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31