SON DƏQQƏ

naxcivanxeberleri.com

24 Oktyabr Ümumdünya Poliomielitlə Mübarizə Günüdür

24 Oktyabr Ümumdünya Poliomielitlə Mübarizə Günüdür
24-10-2020, 13:11

24 Oktyabr Ümumdünya Poliomielitlə Mübarizə Günüdür. “Rotari” Beynəlxalq qeyri-hökumət təşkilatının təşəbbüsü ilə təsis olunan və hər il oktyabrın 24-də qeyd edilən bu günün məqsədi ictimaiyyətin diqqətini poliomielitə və onun nəticələrinə cəlb etmək və həmçinin vaxtında profilaktik tədbirlərin görülməsinə yönəltməkdir. 

Ümumdünya Poliomielitlə Mübarizə Gününün oktyabrın 24-nün seçilməsi heç də təsadüfi deyil. Belə ki, bu gün poliomielitə qarşı vaksinin müəllifi, Amerika epidemioloqu və virusoloqu Conas Solkun doğum günü ilə əlaqəlidir.

Virusoloq Albert Seybin inaktivləşdirilmiş və canlı poliomielit əleyhinə vaksin hazırlayandan sonra 1988-ci ildə poliomielitə qarşı mübarizədə qlobal təşəbbüs yaranıb.

Azərbaycan 2002-ci ildə poliomielitdən azad region statusunu alıb. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər həmin xəstəliyə yoluxma təhlükəsi qalır. Həmin təhlükənin qarşısını almaq məqsədilə uşaqlar diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidirlər. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet yaranır.

Ölkəmizdə Səhiyyə Nazirliyinin tibb müəssisələrində bütün uşaqlara poliomielitə qarşı peyvənd dövlət hesabına edilir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30