22:10 - Sodanın müalicəvi faydaları
21:14 - Xilasetmə əməliyyatlarına kömək etmək üçün “Firefly” robotları hazırlanıb
20:35 - Türkiyə ilk dəfə olaraq "Akıncı" lazerlə idarə olunan raketi sınaqdan keçirib
19:50 - Ukrayna sərhədçiləri Rusiya hərbçilərinin şəxsi məlumatlarını daşıyan disk aşkarlayıb
18:32 - Qədim mətbəx ənənəsi-əriştə kəsmə
17:43 - Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib-FOTO
17:22 - Bankomat kartı geri qaytarmırsa, nə etməli?
17:01 - “Təmiz Şəhər”in səlahiyyətləri artırılıb-FƏRMAN
16:47 - AZAL-ın İstanbul-Bakı reysi gecikir
16:20 - Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
15:49 - Kəngərli rayonu güclü aqrar regiona çevrilib
15:10 - "Əziz Şuşa" adlı beynəlxalq velosiped yarışı keçiriləcək
14:47 - Dərman preparatlarını gizlədərək keçirmək istədi-VİDEO
14:16 - DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
Hande Harmancı: Ümid edirik ki, tam qapanmaya getməyə ehtiyac yaranmayacaq
Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə riayət edəcək və tam qapanmaya getməyə ehtiyac yaranmayacaq.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, son günlər Azərbaycanda yoluxma hallarının sayında artım müşahidə edirik. Hazırda yoluxma hallarının daha sürətlə artdığı bəzi şəhər və kəndlərə gediş-gəlişin qismən məhdudlaşdırılması kimi yeni yanaşmalardan istifadə olunur. Bu, hökumətin məhəllələrdə və kəndlərdə vəziyyəti yaxından izlədiyini göstərir.
H.Harmancı əlavə edib ki, virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla və kütləvi məkanlara getməkdən çəkinməklə özümüzü və yaxınlarımızı qoruya bilərik:
"Bununla yanaşı, hər hansı kütləvi məkanda, fiziki məsafə saxlamağın mümkün olmadığı yerlərdə maska taxmağın vacibliyini də vurğulamaq istərdim. Bu şəraitdə maskadan düzgün istifadə etməliyik. Belə ki, maska ağız və burun boşluğunu tam örtməli, yanaq, burun və çənə üzərində sıx oturmalıdır".