SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb

Azərbaycanda əhalinin 10 faizi üçün vaksin əldə edilməsi razılaşdırılıb
23-09-2020, 16:30

COVAX çərçivəsində Azərbaycanda əhalinin 10 faizi üçün çoxtərəfli formatda vaksinlər əldə edilməsi razılaşdırılıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə bu gün Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-COV-2 virusuna qarşı vaksinasiya məsələlərinə həsr olunmuş iclasda bildirilib.

Onun sözlərinə görə, “Gavi” tərəfindən 1 doza vaksinin orta qiyməti 1,60 ABŞ dollar proqnozlaşdırılır. Hər şey daxil olmaqla, 1 doza üçün cəmi məbləğ 10,55 ABŞ dolları hesablanır. Azərbaycanın 10 milyon 112 min əhalisinin 10 fiaz hissəsi üçün 2 dozalıq vaksinin sifarişi üçün yekun ödəniş məbləği 21 milyon 336 min 320 ABŞ dollarıdır. Öhdəlikli satınlama variantında ilkin ödəniş daha azdır. 2 milyon 22 min 400 doza vaksinin hər dozası 1,60 dollar olmaqla, 3 milyon 235 min 840 dollar təşkil edir. Hər şey daxil isə 2 milyon 22 min 400 doza vaksinin hər dozası 8,95 dollar olmaqla, 18 milyon 325 min 480 dollar təşkil edir. Müqavilənin şərtlərinə görə, hökumət və Mərkəzi Bank tərəfindən maliyyə təminatı verilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031