SON DƏQQƏ

naxcivanxeberleri.com

Rentgen-flüoroqrafik müayinələri aparılıb

Rentgen-flüoroqrafik müayinələri aparılıb
23-09-2020, 04:21

Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri əhali arasında ağciyər vərəminin profilaktikası və ilkin vərəmin vaxtında aşkar edilməsi məqsədilə rentgen-flüoroqrafik müayinələrə start verib.

Naxçıvan Muxtar RespublikasıSəhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ilk müayinələr Kəngərli Rayon Mərkəzi Xəstəxanasında aparılıb. Dispanserin həkimləri Sevda Rüstəmova və tibb bacısı Hüsniyyə İsmayılova 151 nəfəri flüoqrafiya müayinəsindən keçirib. Müayinələr xəstəxananın tibb işçiləri və uşaq bağçalarının müəllimlərini əhatə edib. Xəstə aşkar olunmayıb. Rayonun Qıvraq qəsəbəsi və Şahtaxtı kəndində isə 152 müəllim flüoroqrafiya müayinəsinə cəlb olunub. Bir nəfər xəstəliyə şübhəli bilindiyindən dispanserdə təkrar müayinəsi məsləhət görülüb. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılıb.
Bütövlükdə, sentyabr ayının ötən günlərində Ağciyər Xəstəlikləri Dispanserinin rentgen-flüoroqrafiyasında 1600 nəfər yoxlanılıb. Bir nəfər dispanser qeydiyyatına və digər bir nəfər isə DOTS proqramı üzrə müalicəyə götürülüb. Hazırda bu proqram üzrə 11 xəstə müalicə alir.
Qeyd edək ki, muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031