SON DƏQQƏ

naxcivanxeberleri.com

Alimlər xərçəng xəstəliyinin metastazına üstün gəlmək üsulunu tapıblar

Alimlər xərçəng xəstəliyinin metastazına üstün gəlmək üsulunu tapıblar
18-09-2020, 13:30

Mançesterdəki Salford Universitetinin alimlər qrupu pasiyentlərə onkoloji xəstəliklər zamanı inkişaf etmiş metastazlara (xəstəlik törədicilərinin bədənin başqa yerlərinə yayılması - red) üstün gəlməyə kömək edə bilən mühüm kəşfə imza atıblar.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə onkologiyaya dair “Frontiers in oncology” nəşri bildirib.

Alimlərin açıqlamalarına görə, onlar metastazların hüceyrə enerjisinin tükənməsindən "qorxduqlarını", yəni süni tükənmənin xərçəngin ağır fəsadları ilə mübarizə üçün təsirli üsul ola biləcəyini öyrənə biliblər.

Şiş hüceyrələrini zəiflətmək və nəticədə çoxalma qabiliyyətini tükətmək üçün elm adamları populyar antibiotik olan “Doksisiklin”dən istifadə ediblər.

Antibiotikin təsirini beş qat gücləndirən elm adamları metastazların "təslim olduğunu" görüblər. Bu metod gələcəkdə onkoloji klinikalar tərəfindən istifadə edilə bilər. Lakin bu müalicə üsulundan əvvəl hələ bir çox test və tədqiqatlar var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031