SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı

ÜST dünyanı yeni pandemiyaya hazırlaşmağa çağırdı
16-09-2020, 15:51

“COVID-19 pandemiyası dünyanın katastrofik hazırlıqsızlığını göstərdi”.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dərc edilmiş press-relizində bildirilib.

ÜST mövcud koronavirusun hələ öhdəsindən gəlinmədiyinə baxmayaraq, bəşəriyyətin yeni bir pandemiyaya hazırlaşması lazım olduğu qənaətindədir.

Cenevrədə yayımlanan press-relizdə qeyd olunub ki, BMT Baş Assambleyasının 75-ci sessiyasında bu cür addımların atılmasının vacibliyi müzakirə olunacaq.

Təşkilat sessiyanı üç mövzu üzərində aparmağı planlaşdırır. Belə ki, ÜST beynəlxalq ictimaiyyətin yeni pandemiyaya qarşı birgə hazırlığından əlavə, COVID-19 ilə mübarizə vasitələrinə çıxışın sürətləndirilməsi təşəbbüsünün dünyada aktiv dəstəyinə, həmçinin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə dair dövlətlərin öhdəliyini təsdiqinə ümid edir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930