SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: Mövcud epidemioloji vəziyyət dəyişə bilər

ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: Mövcud epidemioloji vəziyyət dəyişə bilər
16-09-2020, 13:11

Payız fəslində məktəblərin yenidən açılması, qrip mövsümünün başlaması və qış aylarında yaşlı insanlar arasında ölüm hallarının artması koronavirus baxımından mövcud epidemioloji vəziyyəti dəyişdirə bilər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən deyiblər.

Nümayəndəlikdən bildirildiyinə görə, mövcud sübutlar göstərir ki, məktəblərin yenidən açılması epidemioloji vəziyyətə təsir edən əsas amil deyil:

"Uşaqlar virusun ötürülməsində rol oynaya bilərlər, lakin bu, məktəbdən daha çox sosial yığıncaqlarda baş verir. Məktəblər yenidən açılandan sonra orada lazımi qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Növbəti qrip mövsümü sürətlə yaxınlaşır. İndi ölkələrin qriplə bağlı vəziyyəti izləməsi, hər iki virusu əhatə edəcək şəkildə gündəlik epidemiyaya nəzarət sistemini yenidən qurması və gücləndirməsi çox vacibdir. Bu il bu məsələ daha böyük əhəmiyyət daşıyır, çünki tibb müəssisələrini və hazırda COVID-19-la mübarizə aparan tibb işçilərini böyük yük altında qalmaqdan qorumalıyıq".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930