SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında elmi-praktik seminar keçirilib

Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında   elmi-praktik seminar keçirilib
6-03-2019, 11:51

Martın 5-də Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında uşaqlara göstərilən ftiziatrik və fizioterapevtik xidmətə dair elmi-praktik seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri baş həkim Rəhim Rəhimov açaraq bildirib ki, uşaq əhalisinə tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi, səmərəliliyinin artırılması muxtar respublikamızda həyata keçirilən səhiyyə islahatlarında mühüm yer tutur. Uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və ləvazimatlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və digər tədbirlər uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasına imkan vermişdir. Uşaqlar arasında xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin də müstəsna əhəmiyyəti vardır. Hazırda əhalinin, xüsusən məktəbyaşlı uşaqların sağlamlığının qorunmasına, onların müayinə və müalicəsinə, dispanserizasiyasının təşkilinə xüsusi diqqət yetirilir. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstə­liklərin vaxtında aşkar edilməsi məqsədilə icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb.

Sonra Poliklinika şöbəsinin həkim-ftiziatrı Sevinc Bağırova “Naxçıvan şəhərində uşaqlar arasında rast gəlinən vərəm intoksikasiyasının intensivliyi” mövzusunda məruzə edərək vərəm intoksikasiyasının etioloji faktoru, vərəm mikrobakteriyalarına yoluxma yolları, klinik əlamətləri, müayinə və müalicə metodları, Naxçıvan şəhərində yerləşən tam orta məktəblərin I-XI sinif şagirdləri arasında aparılmış mantu sınağının nəticələri barədə məlumat verib.

Fizioterapevtik kabinənin həkimi Aidə Şahverdiyeva “Uşaqlar arasında aparılan fizioterapevtik müalicə üsulları” mövzusundakı məruzəsində Fizioterapiyanın elektroterapiya və reabilitasiya metodları barədə danışıb. Bildirib ki, ötən il kabinədə 215 nəfər, o cümlədən ambulator olaraq 80 nəfər müalicə alıb, ambulator olaraq poliklinikada 790, bütövlükdə isə 2075 prosedur həyata keçirilib.

Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 238
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031