SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin səyyar kollegiya iclası keçirilib
2-03-2019, 09:00

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi martın 1-də Babək Rayon Mərkəzi Xəstəxanasında səyyar kollegiya iclası keçirib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuta xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazir Niyazi Novruzov çıxış edərək bildirib ki, muxtar respublika rəhbərinin qayğı və diqqəti nəticəsində bu gün səhiyyə müəssisələrində dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıqlarla, yeni texnologiyalarla müayinə və müalicə işləri aparılır. Babək Rayon Mərkəzi Xəstəxanası da belə səhiyyə müəssisələrindən biridir.
Burada yüksəkixtisaslı həkimlər müasir tibbi avadanlıq və cihazlarla müayinə, müalicə işləri aparırlar. Naxçıvan Muxtar Respublika Xəstəxanası, Diaqnostika- Müalicə Mərkəzi ilə yanaşı, Bakı şəhərindən yüksəkixtisaslı mütəxəssislərin dəvət olunaraq müxtəlif cərrahi əməliyyatlar aparmaları, humanitar tibbi aksiyaların keçirilməsi ənənə halını alıb.
Aztəminatlı ailələrdən olan xəstələrin muxtar respublikadan kənara getmədən mürəkkəb cərrahi əməliyyatların təşkili onlara həm maddi, həm də mənəvi dəstək olub. Rayonda sağlamlığa mənfi təsir edən faktorların aradan qaldırılması əhalinin hər bir təbəqəsinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Ümumi işlər sektorunun aparıcı məsləhətçisi Məhsəti Allahverdiyeva Babək rayonunda əhaliyə göstərilən mama-ginekoloji xidmətin, Tibbi yardımın təşkili şöbəsinin müdiri Süleyman Cəfərov muxtar respublikada dializ müalicəsi alan xroniki böyrək çatışmazlığı xəstələrinə göstərilən tibbi xidmətin vəziyyəti haqqında çıxış ediblər. Kollegiya iclasında müzakirə olunan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub. Sonda tədbir iştirakçıları Babək Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazası ilə tanış olublar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 281
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031