SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST: Koronavirus mövsümi deyil

ÜST: Koronavirus mövsümi deyil
10-08-2020, 18:24

"Yeni koronavirusun törətdiyi xəstəliyin mövsümi olmasına dair hər hansı əlamət, yaxud dəlil mövcud deyil".

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə aparıcı texniki mütəxəssisi, epidemioloq Maria van Kerkhove brifinq zamanı bildirib.

“Hər gün yeni-yeni şeylər öyrəndiyimiz bu virus aramızda dolaşmaqda davam edir, insanların əksəriyyəti ona qarşı həssasdır. Odur ki, yeni yoluxmaların, ölümlərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik”, - o deyib.

Ekspert həm hökumətlərin tövsiyələrinə əməl etməyin, həm də şəxsən təhlükəni azaltmağa yönələn addımlar atmağın vacib olduğunu da vurğulayıb: “Sizdən evdə qalmağı istəyirlərsə, qalın. Nəqliyyatda, mağazada maska taxmaq lazımdırsa, taxın. Bununla da həm özünüzü, həm də risk qrupunda olan insanları qorumuş olursunuz”.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930