SON DƏQQƏ

naxcivanxeberleri.com

Çində yayılan yeni SFTS virusunun COVID-19-dan fərqi nədir

Çində yayılan yeni SFTS virusunun COVID-19-dan fərqi nədir
9-08-2020, 18:00

Rusiyanın Novosibirsk Dövlət Tibb Universitetinin Daxili Xəstəliklərin Müalicəsi fakultəsinin dosenti Vladislav Mitroxin bildirib ki, Çində yayılan yeni SFTS virusu koronavirusdan daha az təhlükəlidir.

Bu barədə NAXCİVANXEBERLERİ.COM “Qazeta.ru”ya istinadən xəbər verir.

"Hələlik ki yeni virus haqqında məlumatlar çox azdır. Yalnız bu məlumdur ki, onda koronavirusdan fərqli olaraq, mədə-bağırsaq ağırlaşmaları mövcuddur. Amma düşünürəm ki, koronavirus və qrip virusu daha çox təhlükəlidir", - dosent deyib.

Həkim qeyd edib ki, elmdə bununla bağlı narahatlığın olub-olmaması ilə əlaqədar hələ tam təsəvvür yoxdur.

Mitroxinin sözlərinə görə, bir həftə ərzində virus haqqında daha çox şey məlum olacaq.

Qeyd edək ki, Çində sürətlə yeni virus növü yayılır. Yeni virus artıq bir neçə nəfərin ölümünə səbəb olub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930