SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST: Hazırda COVID-19 əleyhinə "universal silah" yoxdur

ÜST: Hazırda COVID-19 əleyhinə "universal silah" yoxdur
4-08-2020, 14:10

"Koronavirusa qarşı effektiv vaksin ümumiyyətlə, heç ortaya çıxmaya da bilər".

NAXCİVANXEBERLERİ.COM DW-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bir sıra vaksinlər hazırda klinik sınaqların üçüncü mərhələsindədir və hamımız ümid edirik ki, insanların yoluxmasının qarşısını almağa kömək edən bir neçə təsirli peyvəndimiz olacaq. Ancaq hazırda "universal silah" yoxdur və o, ümumiyyətlə heç ortaya çıxmaya da bilər”, - ÜST rəhbəri Cenevrədə keçirilən mətbuat konfransında deyib.

O, ölkələri və hökumətləri pandemiyaya qarşı tədbirlərə - maska taxılmasına, sosial məsafə saxlanılmasına, əl gigiyenasına və testlərə ciddi riayət etməyə çağırıb.

Onun sözlərinə görə, maska taxmaq artıq dünyada həmrəyliyin rəmzi olmalıdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930