SON DƏQİQƏ

naxcivanxeberleri.com

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı

Dünyada koronavirusun ilk vaksinin sınağı uğurla başa çatdı
12-07-2020, 10:15

Rusiyada dünyada koronavirusun ilk vaksinin kliniki sınaqları müvəffəqiyyətlə başa çatıb, alimlər onun insan üçün təhlükəsizliyini təsdiq ediblər.

NAXCİVANXEBERLERİ.COM RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tibb və Biotexnologiya İnstitutunun direktoru Vadim Tarasov bildirib.

"Seçenovsk Universiteti dünyada koronavirus əleyhinə ilk vaksinin könüllülərin üzərində sınaqlarını müvəffəqiyyətlə qurtardı", - Tarasov deyib.

Onun sözlərinə görə, vaksini sınaqdan keçirmiş könüllülərin birinci qrupu artıq iyulun 20-də müşahidə altında evə buraxılacaq.

Tibbi Parazitologiya İnstitutunun direktoru Aleksandr Lukaşev öz növbəsində bildirib ki, vaksinin təhlükəsizliyə cavab verməsi alimlər tərəfindən tamamilə təsdiq edilib, yoxlananılanların sağlamlığında problemlər müşahidə olunmur.

"Vaksinin təhlükəsizliyi təsdiq olunub. Bu vaksinlər indi bazarda olanların təhlükəsizliyinə uyğundur", - Lukaşev deyib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31