SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı
27-04-2020, 21:30

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı aprelin 27-nə olan statistik göstəriciləri açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 4 676 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 128 807 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 33 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 678 yoluxma aşkarlanıb. Onlardan 1 162-si sağalıb, 22-i ölüb. Hazırda aktiv xəstə sayı 494-dür.

Həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930