SON DƏQQƏ

naxcivanxeberleri.com

Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib

Alimlər koronavirusu üçün ən həssas insan hüceyrələrini təyin edib
24-04-2020, 12:18

ABŞ tədqiqatçıları ağciyərlərdə, burun sinuslarında və bağırsaqlarda hansı hüceyrələrin koronavirusa qarşı xüsusilə həssas olduğunu müəyyənləşdiriblər.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Daily Mail” Boston Uşaq Xəstəxanasından olan alimlərin işinə istinadən məlumat yayıb.

Belə ki, elm adamları selik ifrazına cavabdeh olan sinuslardakı bəzi hüceyrələrin COVID-19-un hüceyrəyə nüfuz etməsi üçün lazım olan iki zülala sahib olduğunu hesab edir.

Tədqiqatçılar eyni zamanda sübut ediblər ki, koronavirus yeni xüsusiyyətlər əldə edib və artıq orqanizmin viruslu infeksiyalara qarşı mübarizə aparmaq üçün ifraz etdiyi interferonlara də təsir edə bilər.

Bu kəşflər koronavirusa qarşı peyvəndin işlənib hazırlanmasını düzgün istiqamətə yönəltməyə və ya mövcud dərmanlardan hansının müalicə üçün uyğunlaşdırıla biləcəyini müəyyən etməyə kömək edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930