SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda koronavirusla bağlı alternativ müalicə metodları sınaqdan keçirilə bilər

Azərbaycanda koronavirusla bağlı alternativ müalicə metodları sınaqdan keçirilə bilər
24-04-2020, 11:41

Azərbaycanda COVID-19 xəstələri üçün nəzərdə tutulmuş kök hüceyrə kimi alternativ müalicə metodları Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə sınaqdan keçirilə bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə məlumat Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən tibb işçiləri üçün COVID-19 xəstəliyinə dair yenilənən müvəqqəti rəhbərlikdə öz əksini tapıb.

Sənəddə qeyd edilir ki, COVID-19 pozitiv klinik simptomları olan və ağciyərlərində kompyuter tomoqrafiya ilə bilateral infiltrasiyası görülən KRDS (Kəskin Respirator Distress Sindrom) hallarında immun plazma tətbiqi Səhiyyə Nazirliyinin və TƏBİB-in müvafiq qurumlarının icazəsi ilə tətbiq oluna bilər.

Sənəddə bildirilir ki, pnevmaniya əlamətinə rast gəlinməyən və ya başqa bir səbəblə göstərişin olmadığı təqdirdə, bu xəstələrdə antibiotik müalicəsinin əlavə edilməsinə ehtiyac yoxdur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930