SON DƏQQƏ

naxcivanxeberleri.com

Alimlər astma zamanı faydalı olan məhsulları müəyyən edib

Alimlər astma zamanı faydalı olan məhsulları müəyyən edib
20-04-2020, 02:19

Əsasən bitki mənşəli məhsullardan ibarət olan pəhriz astmadan əziyyət çəkənlər üçün faydalıdır və onun simptomlarını yüngülləşdirir.

Lakin süd və yağlı məhsullar, əksinə, xəstənin səhhətinə mənfi təsir göstərə bilər.

 


B barədə ABŞ-ın Məsul tibb üzrə həkimlər Komitəsinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrində deyilir.

Alimləri ilk növbədə meyvə, tərəvəz, taxıl və yüksək sellüloza tərkibli digər məhsullar maraqlandırırdı.

 


Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.


Bitki qidalarının tərkibində iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var. Lakin süd məhsulları və doymuş yağlarla zəngin məhsullar isə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930