SON DƏQQƏ

naxcivanxeberleri.com

Uzunömürlülük içkisi və ya evimizdəki xəzinə

Uzunömürlülük içkisi və ya evimizdəki xəzinə
18-04-2020, 03:37

Hər kəs çuğundurun vitamin və mineralların və digər faydalı maddələr bazası olduğunu bilir.

Çuğundur salatları, əlbəttə çox, faydalıdır, ancaq təzə sıxılmış şirə şəklində qəbul edilərsə, orqanizm daha çox vitamin qəbul edəcəkdir.

 

Çuğundur suyunu şirəçəkəndən istifadə edərək , blenderdə üyüdərək, tənziflə sıxaraq əldə edə bilərsiniz.

Çuğundur suyunun tək faydalı deyil, həm də dadlı olması üçün ona:


Təzə sıxılmış limon suyu;
Alma (əsasən yaşıl);
Kök;
Zəncəfil
əlavə edə bilərsiniz


Çuğundur suyu, yüksək təzyiqi normaya salmağa kömək edir.

Bu onun tərkibindəki təbii nitratlarla əlaqədardır. Məhz onlar bədəndə azot oksidinə çevrilir. Bu da öz növbəsində qan damarlarını genişləndirir və rahatlaşdırır, bu da qan axını yaxşılaşdırır və qan təzyiqini aşağı salır.


Bədənin təmizlənməsi

Çuğundur suyu sayəsində bağırsaqlar təbii şəkildə təmizlənir. Bütün orqanizmin sağlamlığı bağırsağın təmizliyindən asılıdır.

Bundan əlavə, çuğundur suyu sayəsində bədənin əsas filtri - qaraciyər toksinlərdən təmizlənir. müqayisə edirlər.

İltihab əleyhinə xüsusiyyətlərə malikdir

Çox vaxt xroniki xəstəliklər bədəndə meydana gələn iltihabla başlayır.

Çuğundur suyu isə, iltihabın və beləliklə də xroniki xəstəliklərin qarşısını alan təbii dərmandır.

Xərçəng əleyhinə keyfiyyətlər


Mütəxəssislər tərəfindən aparılan çoxsaylı araşdırmalar, çuğundur ekstraktının əslində daxili orqanların şişlərinin ölçüsünü azaltdığını sübut edir.

Hal hazırda çuğundur suyunun xüsusiyyətləri daim öyrənilir və müxtəlif növ onkoloji xəstəliklərin müalicəsi üçün sınaqdan keçirilir. (əsasən döş, prostat və mədəaltı vəzi xərçəngi).

Çuğundurun antioksidant və iltihab əleyhinə təsirinin birləşməsi onun suyunu onkoloji xəstəliklərin inkişafına qarşı mübarizədə birinci edir.

Vitamin anbarı


Çuğundur suyu lif və C vitamini, həmçinin kalium və manqanla zəngindir. Adı çəkilən minerallar insan sağlamlığı, sinir və əzələ funksiyaları üçün əvəzedilməz və həyati əhəmiyyət daşıyır.

Çuğundur suyu böyrəklər, mədəaltı vəz və qaraciyərə faydalı təsir göstərir. Sümükləri və oynaqları gücləndirir.

Çuğundur və kök suyunda olan B vitaminləri doğuş qüsurlarının riskini azaldır.(Mənbə:Medicina)

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930