SON DƏQQƏ

naxcivanxeberleri.com

ÜST-nin ekspertləri Azərbaycana gəlib

ÜST-nin ekspertləri Azərbaycana gəlib
9-03-2020, 11:41

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərindən ibarət nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

 

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirəcək. Görüşdə COVID-19 virusuna qarşı mübarizə məsələləri müzakirə olunacaq.

 

Qeyd edək ki, Azərbaycan ÜST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. ÜST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur. Azərbaycanın ÜST ilə səmərəli əməkdaşlığı davam edir.

Martın 6-da Azərbaycan hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə ÜST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” adlı Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930