SON DƏQİQƏ

naxcivanxeberleri.com

Monitorinqin nəticələrinə əsasən ölkəmizdə yüksək patogenli quş qripi xəstəliyinin törədicisi yoxdur

Monitorinqin nəticələrinə əsasən ölkəmizdə yüksək patogenli quş qripi xəstəliyinin törədicisi yoxdur
5-02-2019, 13:49 213 dəfə baxılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yanvarın 14-dən 18-dək ölkə ərazisində yüksək patogenli quş qripi xəstəliyi ilə əlaqədar aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Qida Təhlükəsizliyi Agentliyi və regional bölmələrinin, Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalarının, Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Səhiyyə Nazirliyinin mütəxəssislərinin iştirakı ilə keçirilən monitorinqlər çərçivəsində xəstəlik əlamətləri müşahidə edilən və ya tələf olunan quşların cəsədinə rast gəlinməyib.

Abşeron yarımadası, Şabran, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, su-bataqlıq ərazilərində, eləcə də respublikanın dəniz sahili ərazilərində aparılan monitorinqlər zamanı ümumi baxış keçirilib, epizootoloji məlumatlar toplanılmaqla, seçmə üsulla ovlanaraq götürülən müxtəlif növlərə aid 32 baş çöl quşunun patoloji materialları və həmin rayonlarda yerləşən ailə təsərrüfatlarından alınan 271 baş müxtəlif növ ev quşunun qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisi aşkar edilməyib.AZƏRTAC

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728