SON DƏQİQƏ

naxcivanxeberleri.com

Mobil telefonların insan əlinə zərərli təsiri- Həkimdən xəbərdarlıq

Mobil telefonların insan əlinə zərərli təsiri- Həkimdən xəbərdarlıq
4-02-2019, 10:26 427 dəfə baxılıb

Bildiyimiz kimi dövrümüz texnalogiya dövrüdür. Amma bu texnalogiyaların da çox və yalnış istifadəsi insan orqanizminə zərər vurur.
Xüsusən gənclərin daha çox istifadə etdiyi mobil telefonlar və kompyuterlər əllərin və barmaqların, həcminin əl biləyinin anatomiyasına ciddi zərər vurur.
Texnalogiya məhsullarının istifadəsiylə bağlı əl biləyi və barmaqların zədələnməsinin səbəbi təkrar edən zorlayıcı hərəkətlər və bu nahiyyələrin təbii olmayan vəziyyətdə davamlı təzyiqə məruz qalmasıdır.
Mobil telefonların insan əlinə zərərli təsiri- Həkimdən xəbərdarlıq

















Davamlı təkrarlanan hərəkətlər bilək, əl oynaqlarına, əzələlərə, bağlara və sinirlərə təzyiq gösterir. Xüsusən mesajlaşma zamanı baş barmaq həddən çox işlədiyi üçün daha cox zədələnir .
Barmaqları hərəkət etdirən bağların həddən çox istifadəsiylə bağlı gücə salınması nəticəsində həmin bağlarda qalınlaşmalara ( düyünlərə) səbəb olur. Və bu zədələnmələr də oynaqlarda hərəkət zamanı ilişmələrə və ağrıya səbəb olur. Tətik barmaq olaraq adlandırılan bu zədələnmələr son dövrlərdə daha çox artmışdır. Bu zədələnmənin ilk elementi barmaqda ağrıdır. Zədələnmə artdıqca barmaqda hərəkət zamanı ilişmə və tutulma baş verir. İlk zaman bu zədələnmə müalicə olunmadıqda cərrahi əməliyyata gətirib çıxarır.
Zədələnməyə baş barmaqla bərabər əl biləyi də məruz qaldıqda De-Quervain xəstəliyinə gətirib çıxarır.
Mobil telefonların insan əlinə zərərli təsiri- Həkimdən xəbərdarlıq
























Belə zədələnmələr getdikcə artan dirsək (Kubital Tunel Sindromu) və əl biləyində ( Karpal tunel sindromu) sinir sıxılmasını da göstərmek olar. Beləki mobil telefonla çox danışdıqda dirsək oynağının 90 dərəcədən cox bükülməsi və bu vəziyyətdə çox qalması bağlarda gerilməyə və təzyiq artmasına səbəb olur. Hansıki bu hal da bu, nahiyyədə sinirlerin sıxılmasına gətirib çıxarır. Bu cür sinir sıxılması həmçinin uzun müddət kompyuterlə məşğul olanlar da da az deyil. Bu zədələnmələrin ilkin əlamətləri biləkdə və dirsəkdə ağrı , tez yorulma, 4 və 5-ci əl barmaqlarında keylik , iynə batması hissinin olmasıdır. Zədələnmələr ilk dövrlərdə müalicə olunmazsa cərrahi əməliyyata aparıb çıxarır.

Mobil telefonların insan əlinə zərərli təsiri- Həkimdən xəbərdarlıq Türkan İsmayılova
Həkim fizioterapevt ve reabilitaloq

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728