SON DƏQQƏ

20:16 - “Naxçıvan” Universitetində  “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi keçirilib-FOTO

19:38 - Ermənistanın yüksək rütbəli zabitləri məhv edilib – Anar Eyvazov

19:22 - Prezident İlham Əliyev: Azərbaycan enerji sahəsindən əldə olunan gəlirlərin indiki və gələcək nəsillər arasında ədalətli bölgüsünə xüsusi əhəmiyyət verir

19:05 - Prezident İlham Əliyev: Azərbaycan “Dayanıqlı İnkişaf Məqsədləri”nin icrasına mühüm əhəmiyyət verir

18:50 - Prezident İlham Əliyev: Azərbaycan BMT-yə iki dəfə könüllü milli hesabat təqdim edən azsaylı ölkələrdən biridir

18:35 - Vaqif Dərgahlı: Su-25 təyyarəsinin F-16 qırıcısı tərəfindən vurulması erməni hərbi təbliğatının növbəti fantaziyasıdır

18:21 - Baş Prokurorluq erməni təxribatları ilə bağlı son vəziyyəti açıqladı

17:57 - Sinqapurda təyyarədə restoran fəaliyyət göstərəcək

17:43 - Vətəndaşlar Prezidentə yazırlar: Sizin rəhbərliyinizlə şanlı Ordumuz zəfər çalacaq

17:37 - Azərbaycanda 58 nəfər COVID-19-a yoluxdu, 102 nəfər sağaldı, 2 nəfər vəfat etdi

17:30 - Bakı 2020 para cüdo üzrə Qran Pri ləğv edilib

17:21 - DİM: Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

17:11 - Azərbaycanda qızıl və gümüş bahalaşıb

17:00 - Oktyabrın 12-dən Azərbaycanda qrip əleyhinə vaksinasiya başlayacaq

16:57 - Naxçıvan Dövlət Universitetində 29 Sentyabr Dünya Ürək günü qeyd olunub-FOTO

naxcivanxeberleri.com

Babək rayonunda vərəmin profilaktikasına dair seminar-treninq keçirilib

Babək rayonunda vərəmin profilaktikasına dair seminar-treninq keçirilib
3-02-2020, 15:30

Fevralın 3-də Babək Rayon Mərkəzi Xəstəxanasında uşaq və yeniyetmələrdə ilkin vərəmin profilaktikasına həsr olunmuş seminar-treninq keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev tədbiri giriş sözü ilə açaraq bildirib ki, muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin sağlamlığının qorunması səhiyyə sistemində üstün istiqamətlərdən birini təşkil edir. Bu məqsədlə kütləvi dövri tibbi müayinələr aparılır və dispanserizasiya diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi müayinələr aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.
Sonra Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi İlqar Rzayev uşaq və yeniyetmələrdə vərəm intoksikasiyalarının yayılmasının qarşısının alınması, vərəm xəstəliyinin diaqnostikası və müalicəsinin yaxşılaşdırılması, vərəm xəstəliyi ilə bağlı əlilliyin və ölüm hallarının azaldılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi, xəstəliyin profilaktikasında ana südünün rolu, dərmanlara davamlı vərəm xəstəliyi, onun yaranma səbəbləri və qarşısının alınması yolları, Naxçıvan Muxtar Respublikasında vərəmin müayinə və müalicəsi üçün görülən işlər haqqında çıxış edib. Vərəmin müayinə və müalicəsində əhalinin məlumatlılıq səviyyəsini artırmağın, insanlar arasında maarifləndirmə işi aparmağın, xüsusən BSJ peyvəndindən sonra uşaqlarda vərəmə qarşı mübarizə tədbirlərini gücləndirməyin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Babək, Culfa və Ordubad rayonlarının pediatr və vaksinatorları ilə birlikdə keçirilən tədbirdə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930