SON DƏQQƏ

naxcivanxeberleri.com

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı profilaktik tədbirlər

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı profilaktik tədbirlər
1-02-2020, 09:42

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2019-cu ilin dekabr ayında ilk dəfə olaraq Çinin Uxan şəhərində naməlum mənşəli pnevmoniyanın törədicisi kimi yeni koronavirus aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyatına başlanılıb. Hazırda xəstəlik viruslarının artıq Tailand, Cənubi Koreya, Yaponiya və digər bir sıra ölkələrdə də yayılması davam etməkdədir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublika ərazisində koronavirus infeksiyasının yayılma ehtimalı olmasa da, onun geostrateji mövqeyi, həmsərhəd olan ölkələrə gediş-gəlişlər zəruri qabaqlayıcı profilaktik tədbirlərin gücləndirilməsini tələb edir. Bu məqsədlə tibb müəssisələrində sanitariya-gigiyena, əks-epidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işinin gücləndirilməsi, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palataların ayrılması və təchiz olunmasının təmin edilməsi üçün müvafiq tədbirlər görülüb. Tibb personalının fərdi mühafizə vasitələrindən (maskalardan) istifadə etməsi təmin olunub, dərman preparatlarının, dezinfeksiyaedici maddələrin, həmçinin tibb personalı üçün fərdi mühafizə vasitələrinin ehtiyatı yaradılıb.
Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən dezinfeksiya işlərinə başlanılıb. Bu tədbir, ilk növbədə, əhalinin sıx məskunlaşdığı yerləri əhatə etməklə Naxçıvan şəhər avtovağzalında, dəmiryol vağzalında, “Cahan” Ticarət Mərkəzində həyata keçirilib
. Xəstəlik baş vermiş ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidənin aparılmasında gömrük və səhiyyə mütəxəssislərinin qarşılıqlıfəaliyyəti təmin olunub. Gömrük məntəqələrində, hava limanındamonitorda muxtarrespublikaya gələnlərin vizual tibbimüşahidəsi, hərarətinin ölçülməsi təşkil edilib. Gömrük-keçid məntəqələrinə yaxın olan səhiyyə müəssisələrində izolyatorlar ayrılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031