SON DƏQİQƏ

naxcivanxeberleri.com

Pirotexniki vasitələr qorxu hissi yaradır, səhhətə mənfi təsir göstərir

Pirotexniki vasitələr qorxu hissi yaradır, səhhətə mənfi təsir göstərir
3-01-2020, 22:20

Yeni ilin bayram kimi qeyd edilməsindən üç gün keçməsinə baxmayaraq ölkədə, xüsusən də Bakıda pirotexniki vasitələrdən istifadə edənlərə hələ rast gəlinir.

NAXCİVANXEBERLERİ.COM-un xəbərinə görə, satışı qanunla qadağan edilmiş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən əsasən yeniyetmə və gənclər istifadə edir.

Pirotexniki vasitələrin istifadəsi istirahət edən insanların rahatlığnı pozmaqla yanaşı hətta bəzən xəsarətlə də nəticələnir. Təsadüfi deyil ki, Səhiyyə Nazirliyinin rəsmi məlumatına əsasən, təkcə 31 dekabr-1 yanvarda 13 nəfər pirotexniki vasitələrdən xəsarət alaraq Təcili Tibbi Yardıma müraciət edib. Onlardan 8-i xəstəxanalara yerləşdirilib. Xəsarət alan 4 nəfərə yerində yardım göstərilib, daha 1 nəfərə isə məsləhət verilib.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi bununla bağlı vətəndaşlara müraciət də edib.

"Yeni il bayramı münasibətilə bütün vətəndaşlarımızı səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar arzulayırıq!

Bu bayramı yüksək əhval-ruhiyyədə keçirmək üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təəssüf ki, bəzi vətəndaşlarımız yaradılmış əlverişli şəraitdən səmərəli istifadə etmək əvəzinə, bayram ərəfəsində öz maliyyə itkilərini düşünmədən, satışı qanunla qadağan olunmuş, yüksək səsyayıcı qabiliyyətinə malik bahalı pirotexniki vasitələrdən istifadə edərək ətrafdakı insanların rahatlığını və dincliyini pozurlar.

Bundan başqa, yanğına və digər xoşagəlməz hadisələrin də baş verməsinə səbəb olan bu vasitələrin anidən baş verən partlayışı həm də insanların, əsasən də, yaşlı, xəstə və uşaqların psixi durumuna və səhhətinə mənfi təsir göstərir, onlarda qorxu hissi yaradır.

Bunları nəzərə alaraq, bir daha vətəndaşlarımızdan, xüsusən gənclərimizdən xahiş edirik ki, bayram günlərində insanların yüksək əhval-ruhiyyəsini, dincliyini pozan, sağlamlığa zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan belə hərəkətlərdən çəkinsinlər. Vətəndaşlarımızın bayram sevincini, ovqatlarını bu kimi xoşagəlməz hərəkətlərlə pozmasınlar", - deyə müraciətdə bildirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031