SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda regional elmi-praktik seminar təşkil olunub

Naxçıvanda “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda regional elmi-praktik seminar təşkil olunub
26-01-2019, 16:30

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində Bakı şəhər Mərkəzi Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə “Sonsuzluğun müalicəsində müasir texnologiyaların rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, seminarda çıxış edən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin şöbə müdiri Süleyman Cəfərov və Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanova hazırkı dövrdə sonsuzluğun müalicəsində müasir texnologiyaların tətbiqinin bu sahədə uğurlu nəticələrə səbəb olduğunu qeyd ediblər.

Sonra Mərkəzi Klinikanın mama-ginekologiya şöbəsinin müdiri Mahirə İsmayılovanın “Ekstrakorporal mayalanma və uşaqlıqdaxili inseminasiyada seçim kriteriyaları”, klinikanın həkimləri İlyas Karakayanın “Embrioloji laboratoriyanın işi (İVF, İCSİ, İUİ)”, Könül Əhədzadənin “Ekstrakorporal mayalanmaya hazırlıq müayinələri”, Fidan Həsənovanın “Hamiləlikdə prenatal diaqnostika”, Leyla Səfərovanın “Ekstrakorporal mayalanmada preimplantasiya diaqnostikanın rolu” mövzularında məruzələri dinlənilib, müzakirələr aparılıb.

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031