SON DƏQİQƏ

naxcivanxeberleri.com

Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib-FOTO

Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib-FOTO
19-12-2019, 17:50

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan nazir müavini Samrat Gəncəyeva səhiyyə sistemində elektron sənəd dövriyyəsi və kargüzarlıq xidməti sahəsində görülən işlərdən danışıb.
Bildirib ki, müəssisə və təşkilatlarda sənəd dövriyyəsinin təşkili həmçinin sənədlərin hərəkəti, işlənilməsinin ardıcıllığı və dəqiqliyindən yəni onların tərtib olunma yerindən icra yerinə ən qısa yolla çatdırılması və icrasından, sənəd üzərində əməliyyatın bir dəfəyə aparılması yəni, sənədin aid olmayan idarəetmə mənbələrinə göndərilməsi, qaytarılması üzrə vaxt məhdudiyyətinin düzgünlüyündən, mexanikləşdirmə və avtomatlaşdırma vasitələrindən maksimum istifadə edilməsindən həlledici dərəcədə asılıdır. Elektron sənəd dövriyyəsinin tətbiqi sənədlərin hazırlanması və emalına sərf olunan əməyin və vaxtın azalmasını, idarəçilikdə icra intizamının yüksəldilməsini və nəzarət mexanizminin sadələşməsini, dövlət və özünüidarəetmə orqanlarının fəaliyyəti haqqındakı informasiya və xidmətlərə əlyetərliliyi, tabeçiliyində olan və digər təşkilatlarla əlaqələrin sürətləndirilməsini təmin etməyə imkan verir.

Bu sahədə nazirlik sistemində görülən işlər nəticəsində sənədlərin əldə göndərilməsi minimuma yendirilib, həm kağız sərfiyyatını azaltmaq, həm də zamana qənaət etmək üçün sənədlərin elektron dövriyyəsi təşkil edilib.

Nazir müavini diqqəti sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin təmin edilməsi, axtarış sistemi təhlükəsizliyinin təmin edilməsi, təkilata daxil olan və göndərilən sənədlərin sistemə daxil edilməsi, sənədin əslinin elektron formata salınıb sistemdə yadda saxlanılması, sənədin rəhbərliyə yönləndirilməsi, rəhbərlik tərəfindən sənədə dərkənar qoyulması və icraçılara yönləndirilməsi, icraçıların sənəd üzərində işləyib cavab məktubunu hazırlaması və skaner edib göndərməsi, ətraflı axtarış sistemi, sənədlərin icra prosesinin nəzarətdə saxlanılması, arxivin yaradılması sahəsində həllini gözləyən məsələlərə yönəldib, bu sahədə maarifləndirici tədbirlərin əhəmiyyətini qeyd edib.

Sonra nazirliyin ümumi işlər sektorunun müdiri Sərxan Əkbərov elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair qaydalar barədə məlumat verib.
Səhiyyə müəssisələrində elektron sənəd dövriyyəsinə nəzarətin gücləndirilməsinin və bu işin daha mükəmməl həyata keçirilməsinin vətəndaşlara göstərilən xidmətlərin daha effektiv formada təşkilinə xidmət etdiyini vurğulayıb.
Tədbirdə sənədlərin hazırlanması, fayl şəklində bazada saxlanılması, müəssisə daxilində sənəd hərəkətinin təmin edilməsi, axtarış sistemi təhlükəsizliyinin təmin edilməsi, təkilata daxil olan və göndərilən sənədlərin sistemə daxil edilməsi, sənədin əslinin elektron formata salınıb sistemdə yadda saxlanılması, sənədin rəhbərliyə yönləndirilməsi, rəhbərlik tərəfindən sənədə dərkənar qoyulması və icraçılara yönləndirilməsi, icraçıların sənəd üzərində işləyib cavab məktubunu hazırlaması və skaner edib göndərməsi, ətraflı axtarış sistemi, sənədlərin icra prosesinin nəzarətdə saxlanılması, arxivin yaradılması qaydaları izah edilib. Təşkilatlarda sənədlərin alınması və ya yaradılması prosesindən başlayaraq sənədin icra olunması və ya göndərilməsi prosesinə qədər keçdiyi bütün mərhələləri özündə əks etdirən slaydlar nümayiş olunub.
Axırda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib-FOTOElektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib-FOTO
Elektron sənəd dövriyyəsi və kargüzarlıq xidmətinə dair maarifləndirici tədbir keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031