SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respubilkada sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik və tibb xidmətləri göstərilib-FOTO

Muxtar respubilkada sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik və tibb xidmətləri göstərilib-FOTO
13-12-2019, 19:34

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil və məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb.
Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərə tibbi-sosial reabilitasiya xidmətləri göstərilir, onların zəruri sosial problemlərinin həlli və vaxtaşırı tibbi müayinədən keçmələri təmin edilir.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu məqsədlə, Uşaq Bərpa Mərkəzində və Əlillərin Bərpa Mərkəzində göstərilən xidmətlərin həcmi və keyfiyyəti daha da artırılır. Həmçinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərə protez-ortopedik xidmətlərinin göstərilməsi də daim diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, dekabr ayının 13-də Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki və müvafiq həkim heyətinin iştirakı ilə keçirilən səyyari xidmət zamanı məhdud fiziki imkanlı şəxslərə protez və ortez xidmətləri göstərilib, yeni sifarişlər qəbul edilib. Həmçinin, sözügedən şəxslər tibbi müayinədən keçirilib, müvafiq tövsiyyələr verilib.
Qeyd edək ki, il ərzində, muxtar respublikada 200 nəfərə protez-ortopedik xidmətləri göstərilib, onların da 71 nəfərini 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaqlar təşkil edir.


Muxtar respubilkada sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik və tibb xidmətləri göstərilib-FOTO
Muxtar respubilkada sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik və tibb xidmətləri göstərilib-FOTO
Muxtar respubilkada sağlamlıq imkanları məhdud şəxslərə səyyari protez-ortopedik və tibb xidmətləri göstərilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031