SON DƏQİQƏ

naxcivanxeberleri.com

Genişmiqyaslı dezinfeksiya işlərinə start verilib

Genişmiqyaslı dezinfeksiya işlərinə start verilib
4-12-2019, 22:05

Naxçıvan Muxtar Respublika Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muxtar respublika ərazisində ərazi Gigiyena və Epidemiologiya Mərkəzlərinin həkim-epidemioloq, epidemioloq köməkçiləri, dezinfektor təlimatçılarının iştirakı ilə ictimai yerlərdə, xüsusən məktəb və bağçalarda kəskin respirator infeksion xəstəliklərinin profilaktikası məqsədilə dezinfeksiya işlərinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları tərəfindən icra olunan bu tədbir ilk növbədə əhalinin sıx məskunlaşdığı yerlərdə aparılır.

Naxçıvan Gigiyena və Epidemiologiya Mərkəzi Naxçıvan şəhər dəmiryol və avtovağzallarında, topdan və pərakəndə satış məntəqələrində dezinfeksiya tədbirləri həyata keçirilir. Naxçıvan şəhər avtovağzalında 1240 kvadratmetr, dəmiryol vağzalında 2 min 500 kvadratmetr ərazidə dezinfeksiya işləri həyata keçirilib. Qapı dəstəklərinə alma sirkəsi ilə isladılmış tənziflər sarınıb. Rayonlarda isə əsas etibarı ilə siniflərdə, idman zallarında, qarderoblarda, bufet və yeməkxanalarda, dəhlizlərdə, sanitar qovşaqlarında və digər yerlərdə dezinfeksiya işləri aparılıb.

Xəstəlik halları müşahidə edilmiş uşaqlar haqqında isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının poliklinika şöbəsi ilə əlaqə saxlanılır. Bununla yanaşı, məktəb kollektivi və şagirdlər arasında səhiyyə maarifi işi aparılır. Kəskin respirator virus infeksiyası xəstəliyinin etio-patogenezi, epidemiologiyası, klinika, laborator diaqnostikası, müalicə və profilaktikası haqqında ətraflı məlumat verilir.

Qeyd edək ki, dezinfeksiya tədbirləri mövsüm ərzində davam etdiriləcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031