SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sürücü-feldşerlər üçün təkmilləşdirmə kursları keçirilir

Sürücü-feldşerlər üçün təkmilləşdirmə kursları keçirilir
3-12-2019, 21:20

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Nazirliyin göndərişi əsasında sürücü-feldşerlər üçün “Təcili və təxirəsalınmaz tibbi yardım” üzrə təkmilləşdirmə kurslarına start verilib. İlk mərhələdə muxtar respublikanın Culfa, Ordubad, Babək, Şahbuz və Kəngərli rayonlarının səhiyyə müəssisələrində və onların tabeliyində çalışan, o cümlədən Sədərək Gömrük İdarəsində işləyən təcili tibbi yardım feldşer və sürücüləri olmaqla 24 nəfər kurslarda iştirak edir. Onlar öz ixtisasları üzrə Naxçıvan Tibb Kollecində nəzəri, Naxçıvan şəhərinin tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində isə praktiki təcrübə keçirlər. Təcrübə kursu həkim Əkrəm Məmmədli tərəfindən tədris olunur. Kursları bitirənlər imtahandan keçərək sertifikat alacaqlar.

Kurslara noyabrın 25-dən start verirlib və 18 iş günü davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031