SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ana və uşaqların sağlamlığı diqqət mərkəindədir

Ana və uşaqların sağlamlığı diqqət mərkəindədir
22-11-2019, 23:33

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində ginekologiyanın aktual problemlərinə dair elmi-praktik konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,Tədbirdə mövzu ilə bağlı müxtəlif çıxışlar olub. Qeyd edilib ki, son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. Muxtar respublikada sonsuzluq problemlərinin həlli üçün Doğum Mərkəzində ektrakorporal mayalanma şöbəsi fəaliyyət göstərir. Sonsuzluğun müalicəsi xidmətinin təşkili üçün Bakı şəhərindən, Türkiyə Respublikasından mütəxəssislər ardıcıl şəkildə Mərkəzə dəvət olunub. Səhiyyə müəssisələrində çalışan həkim ginekoloqlarla keçirilən görüşlərdə süni mayalanma, sonsuzluğun müalicəsi, hamiləlik, doğuş, qeysəriyyə, endoskopik cərrahlıq, kistoektomiya, miomektomiya və qadın xəstəlikləri barədə fikir mübadiləsi aparılıb.

Muxtar respublikanın tibb müəssisələrində çalışan həkim-ginekoloq, rezidentlərin iştirak etdiyi konfransda video-süjetlər, müayinə və cərrahiyyə proseslərindən görüntülər nümayiş etdirilib, müzakirələr aparılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031