SON DƏQİQƏ

naxcivanxeberleri.com

Muxtar respublikada tibbi xidmətin əhatə dairəsi genişləndirilir

Muxtar respublikada tibbi xidmətin əhatə dairəsi genişləndirilir
21-11-2019, 10:00

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini oktyabr ayında da davam etdirmiş, ixtisaslı kadrların hazırlanması, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət mərkəzində saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, ötən ay muxtar respublikanın səhiyyə sistemində kadrların bilik və bacarıqlarının artırılması vacib məsələ kimi diqqətdə saxlanılmış, həkim, rezident və orta tibb işçiləri Türkiyə Respublikasında və Bakı şəhərində kurslara göndərilmiş, həmçinin Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin 27, Naxçıvan Tibb Kollecinin isə 140 tələbəsi tibb müəssisələrinə hamiliyə verilmişdir. 81 həkim sertifikasiya imtahanında iştirak etmiş, 75-i uğurlu nəticə qazanmışdır. Ötən ay Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası Kəngərli və Sədərək rayonlarında yaşayan I qrup yataq xəstələrini evlərdə tibbi müayinədən keçirmişdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri tərəfindən Naxçıvan Muxtar Respublika Xəstəxanasında 71 müayinə, 22 cərrahiyyə əməliyyatı aparılmışdır. Həmçinin I-VI sinif şagirdləri arasında ilkin vərəmi aşkarlamaq məqsədilə 1210 uşaqda tuberkulin sınaqları aparılmış, şagirdlərə şəxsi gigiyena qaydalarının öyrədilməsi üçün məşğələ və maarifləndirici tədbirlər keçirilmişdir. Təhsil müəssisələrində 26 min 493 şagird kütləvi müayinələrə cəlb edilmiş, 3 min 470 şagird dispanser qeydiyyatına alınmışdır. Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkimləri tərəfindən 67 qadında süd vəzinin profilaktik müayinəsi aparılmış, patologiya aşkar edilən qadınlar Onkoloji Mərkəzə ətraflı müayinə və müalicəyə dəvət olunmuşlar. Oktyabr ayında Bakı şəhərindən 120 sağlamlıq imkanı məhdud şəxs Darıdağ Arsenli Su Müalicəxanasına, Duzdağ Fizioterapiya Mərkəzinə və Diaqnostika Müalicə Mərkəzinə sanator-kurort müalicəsi üçün qəbul edilmiş, muxtar respublika üzrə 53 nəfər Mərdəkan qəsəbəsində yerləşən Müharibə və Əmək Veteranları Pansionatına, 21 nəfər isə müxtəlif xəstəxanalara müalicəyə göndərilmişdir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031