SON DƏQİQƏ

naxcivanxeberleri.com

“Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib

“Antibiotiklərdən düzgün istifadə”mövzusunda maarifləndirici tədbir keçirilib
20-11-2019, 20:20

Babək Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində antibiotiklərə qarşı rezistenliyin qarşısının alınmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tədbirdə xəstəxananın baş həkimi Asiman Yusifov hər il noyabr ayında keçirilən Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsinin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. Bildirib ki, tədbirin məqsədi qlobal maarifləndirmənin səviyyəsini artırmaq, antibiotiklərdən düzgün istifadəni təbliğ etmək, əhali və tibb işçiləri ilə ən yaxşı təcrübələri bölüşərək antibiotiklərə qarşı davamlılığın qarşısını almaqdır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı İbrahim Ağayev uşaq əhalisinə göstərilən dövlət qayğısından danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Əczaçılıq sektorunun baş məsləhətçisi Çinarə Məmmədova “Hamiləlik dövründə antibiotiklərdən istifadə qaydaları”, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının həkim pediatrı İlkay Əliyeva “Pediatriyada antibiotiklərin düzgün işlədilməsi”, Naxçıvan Muxtar Respublikası Xəstəxanasının həkimi Elsevər Ağəliyev “Antibiotiklərə rezistendlik necə yaranır” mövzularında məruzələr ediblər. Məruzələr video-süjet, diaqram, cədvəl və slaydlarla müşayiət olunub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031