SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda qan donorlarının sayı artıb

Naxçıvanda qan donorlarının sayı artıb
10-12-2018, 14:27

Ötən il Naxçıvan Muxtar Respublika Xəstəxanasında Qan bankının fəaliyyətə başlaması qan köçürülməsinə ehtyacı olan xəstələrin müalicəsinə göstərilən tibbi xidmətin səmərəliliyini xeyli yüksəldib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,hazırda müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların-ürək, böyrək, mədə-bağırsaq, qaraciyər və digər müxtəlif xəstəliklərində Qan bankı tərəfindən tədarük olunan qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır.
Muxtar respublikada son dövrlərdə qan donorlarının sayı iki dəfədən çox artıb. Qan komponentlərinin də miqdarı, keyfiyyəti və təhlükəsizliyi xeyli yüksəlib. Əhalinin bu işə aktiv cəlb edilməsi pullu donorluqdan tam imtina edilməsinə imkan yaradıb. Hazırda Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait mərkəzi qan bankının fəaliyyətinə geniş imkanlar açıb. Qan Bankında qan komponentlərinin uzun müddət saxlanılması üçün dondurucu və soyuducu avadanlıqlar mövcuddur. Bu isə qanı 42 günə qədər, plazmanı isə 1 ilə qədər saxlamağa imkan verir.
Burada əlverişli şərait yaradılıb, yeni avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar vasitəsilə Qan bankında müxtəlif xəstəliklərin müalicəsi üçün qanın komponentləri olan plazma, eritrositar, limfositar və trombositar kütlənin alınması, saxlanması və məqsədyönlü istifadəsi həyata keçirilir.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031