SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Tibb Kollecində feldşerlər üçün ixtisasartırma kursları təşkil olunub

Naxçıvan Tibb Kollecində feldşerlər üçün ixtisasartırma kursları təşkil olunub
10-12-2018, 14:19

Dekabrın 10-da Naxçıvan Tibb Kollecində təcili tibbi yardım sahəsində çalışan feldşerlər üçün ixtisasartırma kursları təşkil olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,feldşerlər 18 iş günü ərzində keçirilən dərslərdə nəzəri biliklərini artırmaqla yanaşı Naxçıvan Muxtar Respublika Xəstəxanasında praktik vərdişlərə yiyələnəcəklər.
Muxtar respublikanın səhiyyə müəssisələrində fəaliyyət göstərən vaksinator, fizioterapiya üzrə tibb bacıları, tibbi qeydiyyatçılar, mamalıq ixtisası üzrə fəaliyyət göstərən tibb işçiləri və digər ixtisaslar üzrə 167 nəfər tibb işçisi üçün il boyu davam edən təkmilləşdirmə kursları isə dekabrın 10-da başa çatıb. Naxçıvan Tibb Kollecində təkmilləşdirmə kursu üzrə dərslər ixtisaslı həkim və müəllimlərin rəhbərliyi altında elektron lövhədə aparılıb. Təcrübələr Naxçıvan Muxtar Respublika Xəstəxanasında, Ə.Əliyev adına Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasında, Doğum Mərkəzində, Naxçıvan Diaqnostika Müalicə Mərkəzində keçirilib. Kursda iştirak edənlərə ixtisasları üzrə tibbin yenilikləri haqqında mühazirələr oxunub, tibbi prosedurlar, profilaktik peyvəndlərin aparılması, müasir aparat və avadanlıqlar nümayiş etdirilib. Peyvənd tibb bacılarına buklet və kitabçalar paylanıb. Kursda iştirak edən müdavimlər üçün attestasiya imtahanı keçirilib və setifikatlar təqdim olunub.

Seyfur Hacımuradov

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ağustos 2019    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031