SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda siqaret çox ucuzdur

Ümumdünya Səhiyyə Təşkilatı: Azərbaycanda siqaret çox ucuzdur
30-10-2019, 11:00

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə Azərbaycan hökuməti arasında 2020-2021-ci illər üçün əməkdaşlıq müqaviləsi imzalanacaq".

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ÜST-in Azərbaycandakı nümayəndəsi Hande Harmancı ilkin səhiyyə xidmətləri və qeyri-yoluxucu xəstəliklərlə mübarizədə potensialın artırılmasına həsr olunan seminarında deyib.

Onun sözlərinə görə, yeni müqavilədə üç istiqamət əsas götürələcək: "Bunlar ilkin səhiyyə xidmətləri, qeyri-yoluxucu xəstəliklərə nəzarət, ana və uşaq sağlamlığının qorunmasıdır".

H.Harmancı qeyd edib ki, Azərbaycanda tütünçəkmə ilə mübarizədə bir çox işlər görülüb, amma ölkədə siqaretin qiyməti hələ də ucuzdur, buna görə də hazırda bu istiqamətdə işlər aparılır: "Azərbaycanda tütünlə mübarizə üzrə çox yaxşı qanun qəbul edilib. Amma qanunun qəbulu əsas olsa da, onun icra mexanizminin tətbiqi daha vacibdir. Hazırda bununla bağlı sıxıntılar var".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930