17:30 - Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
17:05 - Azərbaycanda son gündə 518 nəfər koronavirusa yoluxub
16:14 - Rusiya Ukraynanın daha bir yaşayış məntəqəsini ələ keçirib
15:41 - Magistraturaların boş yerlərinə ixtisaslaşma seçimi başa çatır
14:50 - Azərbaycan triatlonçusu Avropa çempionatında 14-cü olub
14:19 - Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib (VİDEO)
12:26 - Sabaha olan hava proqnozu açıqlanıb
11:56 - Azərbaycan XİN Pakistanı Milli Günü münasibətilə təbrik edib
11:30 - Slovakiya Ukraynaya 4 ədəd özüyeriyən zenit qurğusu verib
10:56 - Azərbaycan karateçiləri İslamiadaya yollanıb
10:30 - Türkiyədə sahillərində 4,9 bal gücündə zəlzələ baş verib
10:09 - Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 186 nəfərə çatıb
09:53 - ABŞ BMT vasitəsilə Əfqanıstana 150 milyon dollar ayırır
09:00 - Bakı-Moskva təyyarəsində texniki problem yaranıb
00:00 - Günün qoroskopu-14.08.2022
İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq
Alimlər hüceyrələrin “təkrar proqramlaşdırılmasının” yolunu çoxdan tapıb. Asan anlaşılan dildə, hər hansı mürəkkəb termin işlətmədən izah etsək, proses zamanı bir növ hüceyrədən başqa növ hüceyrələr yaratmaq olar. Bu isə bir çox hallarda faydalı ola bilər.
Məsələn, bu yaxınlarda İsveçin Lunds Universitetindən olan tədqiqat qrupu insan dərisindən götürülmüş hüceyrələri “təkrar proqramlaşdıraraq” onları immun hüceyrələrinə çevirməyə nail olub. Alimlər əmindir ki, bu metod onkoloji xəstəliklərlə mübarizədə həlledici rol oynaya bilər.
Bu haqda “Science Immunology” jurnalında məqalə dərc olunub.
İsveç alimləri tədqiqatın gedişində dendrit hüceyrələr əldə edib. Dendrit hüceyrələr onurğa-beyni mənşəli anti-gen təmsiledicilərin heterogen populyasiyasıdır. Bu, o anlama gəlir ki, belə komplekslərin səthindəki yad agentləri ( xüsusilə orqanizmə təhdid olan agentləri) aşkarlamaq xüsusiyyəti var. Təmas zamanı hüceyrələr belə “yadları” işarələyir və sonradan digər immun hüceyrələr, daha dəqiq desək, T-limfositlər onları aşkarlayaraq məhv edir.
Ekspertlər dendrit hüceyrələrin diferensiasiyası prosesində iştirak edən üç vacib faktoru - PU.1, İRF8 və BATF3-ü müəyyənləşdirib. Bunun əsasında fibroplastların birləşdirici toxumalarının hüceyrələrindən “fərdi” dendrit hüceyrələri hasil etmək mümkün olub. Belə dendrit hüceyrələr karsogen (şişli) agentlərin təsirinə qarşı davamlı olur.
“Şişlər, adətən, unikal mutasiya xüsusiyyətinə malik olur ki, bu da onların immun sistemi tərəfindən tanınmasını çətinləşdirir. Beləcə, adi hüceyrələri dendrit hüceyrələrə çevirməklə xərçəngə qarşı “fərdi” peyvənd hazırlamaq mümkün ola bilər”, - deyə tədqiqat qrupunun üzvü Karlos Pereyra