SON DƏQİQƏ

naxcivanxeberleri.com

Məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələri aparılır

Məktəbyaşlı uşaqların kütləvi profilaktik müayinələri aparılır
18-10-2019, 19:55

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən xəbərə görə, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası tərəfindən bu il Naxçıvan şəhərində 20 tam orta məktəbin şagirdləri yaz mövsümünün dərin tibbi müayinələri ilə əhatə ediləcək. Bu məqsədlə pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada yaradılıb. Müayinələrə oktyabrın 3-dən start verilib. İndiyədək 12 tam orta məktəbdə profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılıb. 7 min 283 məktəbli dərin tibbi müayinələrlə əhatə olunub. Bəzi şagirdlərdə miopiya (yaxındangörmə), ortodontik, nitq qüsurları, konstisional piylənmə, xroniki tonzillit, adenoidlər, burun çəpərində əyriliklər, revmatizm xəstəlikləri aşkarlanıb. Xəstə¬liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.

Tədbirdə həmçinin uşaq və yeniyetmələrin sağlamlığ göstəricilərinin artırılmasında əhəmiyyəti olan sanitar-gigiyenik faktorlar, şəxsi və ümumi gigiyenik qaydalar haqqında maarifləndirici söhbətlər aparılır.
Muxtar respublikanın rayonlarında da məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələri həyata keçirilir.

Payız mövsümünün profilaktik tibbi müayinələri noyabrın 15-dək davam edəcək.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930