SON DƏQİQƏ

naxcivanxeberleri.com

Şərur və Şahbuz rayonlarında məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib

Şərur və Şahbuz rayonlarında məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib
10-10-2019, 21:20

Şərur və Şahbuz rayonlarında məktəbəqədər və məktəb yaşlı uşaqların kütləvi profilaktik müayinələrinə start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdləri tibbi müayinələrdən keçib. Müayinələr zamanı cərrah-travmatoloq, lor, stomatoloq, terapevt, oftalmoloq, pediatr, nevropatoloq həkimləri şagirdləri müayinə ediblər.

Ümumilikdə 246 şagird müxtəlif tibbi müayinələrdən keçib.

Analoji tədbir Şahbuz rayonunda da reallaşdırılıb. Profilaktik müayinələr üçün Şahbuz Rayon Mərkəzi Xəstəxanası tərəfindən pediatr, stomatoloq, LOR və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib. 402 şagird dərin tibbi müayinədən keçirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ekim 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031